Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:38

Hələ beş fəal Evin zindanındadır


4 fəal isə bir aya yaxın Evin zindanında saxlanıldıqdan sonra sərbəst buraxılıblar
4 fəal isə bir aya yaxın Evin zindanında saxlanıldıqdan sonra sərbəst buraxılıblar
Sentyabrda Tehranda iftar məclisində həbs edilən əslən İran Azərbaycanından olan 17 nəfərin daha 4-ü – Əkbər Azad, Abbas Nəimi, Səyyad Məhəmmədiyan və Hüseyn Heydəri azadlığa buraxılıb. Onlar bir aya yaxın Evin zindanında saxlanılıblar. İndi Evin zindanında 5 azərbaycanlı fəal qalır.
Tehranda İran Azərbaycanından olan milli fəallar iftar süfrəsinə toplaşarkən ETTELAAT-ın nümayəndələri evə basqın edib onları həbs etmişdi. Tutulanlar arasında Abbas Lisaninin həyat yoldaşı və 3 uşağı da var idi. Onlar həbslərindən bir neçə gün sonra azad edilmişdilər.
Təbrizdə isə Səməd Mövla Qulu adlı tələbə internetdən istifadə etdiyinə görə ETTELAT-a aparılıb.

23 yaşlı Mövla Qulu Şəbüstəri Universitetinin kompyuter və çağdaş texnologiyalar fakültəsinin tələbəsidir. Anasının sözlərinə görə, oktyabrın 6-da ETTELAAT-ın nümayəndələri Səmədin yaşadığı evə gəlib axtarış aparıb şəxsi kompüterini, SD-lərini aparıblar:

«Mən dünən rəsmi qurumlara müraciət etdim mənə bildirdilər ki, oğlum xarici dövlətlərdə yaşayanlarla İnternet əlaqəsi saxladığına görə tutulub».
Səməd Mövla Qulu bu ilin may ayında da həbs edilmişdi. O zaman Təbrizli tələbə milli çağırışlı vərəqələr yaymaqda suçlu bilinərək bir aydan çox ETTELAAT-ın həbsxanasında saxlanıb.
XS
SM
MD
LG