Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:03

«Mirzə Sakitin geriyə yolu yoxdur»


Mirzə Sakit 3 il yarım azadlıqdan məhrum edilib. Hazırda Azərbaycanda 3 jurnalist həbsdədir
Mirzə Sakit 3 il yarım azadlıqdan məhrum edilib. Hazırda Azərbaycanda 3 jurnalist həbsdədir
«Azadlıq»: Hazırda müalicə müəssisəsində saxlanılan «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin həyatına təhlükə var. Bu barədə jurnalistin cəza çəkdiyi 14 saylı kalonun əməkdaşı məlumat verib. Adının çəkilməsini istəməyən həbsxana əməkdaşı M.Sakitin həyat yoldaşı Rəna Zahidova ilə telefonla söhbət edib: «Mənə dedi, nə mümkündürsə eləyin ki, Sakit «türmə»yə qayıtmasın. Çünki «türmə» rəhbərliyi Sakitə qarşı növbəti təxribat hazırlayır. Əgər, Sakit müalicə müəssisəsindən qayıtsa, həmin təxribatın qurbanı olacaq. Deyir, ya Sakit müalicə müəssisəsindən çıxmamağa israr etsin, «türmə»yə qayıdarsa da birbaşa rəislə görüşüb məsələdən xəbərdar olduğunu ona çatdırsın». Həbsxanada bundan əvvəl də M.Sakitin həyatına sui-qəsdə cəhd olunmuşdu. Hazırda bu iş üzrə Qaradağ Rayon Prokurorluğunda araşdırma gedir».
M.Sakit 3 il yarım azadlıqdan məhrum edilib. Hazırda Azərbaycanda 3 jurnalist həbsdədir.

«Üç nöqtə»: «Nikaha girənlər mülkiyyət müqaviləsi imzalasınlar»-, Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli belə deyir. «Vaxtilə kəbin kəsdirərkən nikaha girən tərəflər onlara verilən əmlakın siyahısını tutardılar. Bu adət bəzi bölgələrdə hələ də qalmaqdadır. Ona görə hesab edirəm ki, Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdə bu məsələ də nəzərə alına bilər. Yəni, nikaha girənlər öz aralarında mülkiyyət müqaviləsi imzalasınlar. Bu məsələdə tələskənliyə yol vermək olmaz. Ancaq bu məsələyə cəmiyyətdə birmənalı yanaşma yoxdur. Biz bu məsələdə ölçülü-biçili hərəkət etməliyik ki, gələcəkdə hansısa xoşagəlməz situasiya ilə üzləşməyək».
«Azərbaycan»: Prezident İlham Əliyev Lənkəranda bir sıra obyektlərin açılışında iştirak edib və yerli əhali ilə görüşüb. «Bu gün Azərbaycanın imkanları genişlənir. Bildiyiniz kimi, Azərbaycan başqa ölkələrə investisiyalar qoyur. Əlbəttə ki, biz ilk növbədə, öz ölkəmizə sərmayələri qoyuruq və qoyacağıq. Bu il təkcə dövlət xətti ilə Azərbaycana sərmayə qoyuluşu 5 milyard dollardan çox olmuşdur. Gələn ilin büdcəsində daha da böyük məbləğ nəzərdə tutulur».

İlham Əliyev deyir ki, Azərbaycan üçün lazım olan bütün əsas infrastruktur layihələri dövlət tərəfindən həyata keçiriləcəkdi. «Bununla bərabər, biz xaricdə də sərmayə qoyuruq. Qonşu ölkələrdə Azərbaycan şirkətlərinin uğurlu fəaliyyəti həm iqtisadi, həm də beynəlxalq mövqelərimizin möhkəmlənməsinə xidmət göstərir».

«Ekspress»: Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün qiymətlər avtobusla 600, təyyarə ilə isə 1000 manatdan çox bahalaşıb. Həccə getmək istəyən zəvvarlar 2050 manat (ötən il 1450 manat), təyyarə ilə getmək niyyətində olanlar isə 3500 manat (ötən il oteldə yerləşmədən asılı olaraq 2280-4386 manat arasında) ödəməli olacaqlar. Həcc ziyarətində qeydə alınan bahalaşma ölkədəki inflyasiya, yol və otel xərclərinin artması, bundan başqa, zəvvarlara ziyarət müddətində yaradılacaq şəraitin yaxşılaşdırılması ilə izah olunur. Bu il də ötən il olduğu kimi Azərbaycana 6 min nəfərlik kvota ayrılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG