Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

BP neft istehsalını azaldıb


Bloomberqin verdiyi məlumata görə, şirkət veb-səhifəsində çıxan məlumatda bildirir ki, noyabrda 12 milyon barel neft ixrac olunacaq, halbuki iyulda 24 milyon barel neft ixrac olunurdu. BP bildirir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neftlə təmin edən 5 platformadan 2-də iş dayanıb, çünki qaz sızması var. İstehsal dekabrda normallaşa bilər. BP-nin mətbuat katibi Tobi Odone deyir ki, istehsalların normallaşacağı vaxt hələ bəlli deyil:

«Biz hələ heç nə bilmirik. İstehsalın bərpa olunacağı tarixlə bağlı heç nə deməmişik. Hələ araşdırmanın nəticəsini gözləyirik».

Sentyabrda Xəzər dənizindəki platformalarda qaz sızmasında sonra istehsal azalıb. Avqustda isə Gürcüstanla Rusiya arasında münaqişə BTC-nin işini dayandırmışdı.

BP Bakı-Tbilisi-Ceyhan neft kəmərinə Qazaxıstan neftini vurmaq niyyətindədir və bunun yalnız neftin keyfiyyətinə təsir göstərəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG