Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12

«Azərbaycan ailəsinin islahatlara ehtiyacı varmı?»


«Çox az ailə öz uşağını aktiv vətəndaş görmək istəyir»

«Çox az ailə öz uşağını aktiv vətəndaş görmək istəyir»

Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi «Azərbaycan ailələrində islahatlara ehtiyac varmı?» adı altında müzakirə təşkil edib. Müzakirələrə özünü qəlbən gənc hiss edən istənilən yaş həddində olan insanlar qatılıblar. Bu müzakirənin üç iştirakçısı «Azadlıq» Radiosunun «Can Bakı» proqramının qonağı oldu.
Mərkəzin rəhbəri Emin Əmrullayevin sözlərinə görə, əsas məqsədləri Azərbaycan gənclərinin təşəbbüslərini həyata keçirməkdə onlara dəstək olmaqdır. Onun fikrincə, Azərbaycan ailələrində ciddi islahatlara ehtiyac var: «Bu gün Azərbaycan ailələri bir çox gənclərin fəal olmasına maneçilik törədirlər. Xüsusilə də, qızların. Çox az ailə öz uşağını aktiv vətəndaş görmək istəyir. Bəlkə də qorxur, bəlkə ehtiyat edir, onu qoruyur. Qorumanın səbəblərindən çox onun nəticəsi vacibdir. Nəticə də budur ki, Azərbaycan gəncliyi çox passivdir. İnsan ailədə azad deyilsə, cəmiyyətdə necə azad ola bilər?»

Neft Akademiyasının tələbəsi Tofiq Sadıqovun fikrincə isə, Azərbaycan ailəsində ciddi islahata ehtiyac yoxdur: «Heç bir dövrün gəncliyi bunu edə bilməyib. Ailədə yaranan problemləri həll etmək, ailəni müəyyən dəyişikliyə uğratmaq olar. Amma ailəmizə Avropa mədəniyyətini gətirsək, yaxud da ciddi islahatlar aparsaq, bu, Azərbaycan ailəsini uçuruma aparar. Bizə bu gün belə islahatlar lazım deyil».

Müzakirələrdə iştirak edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Vüsalə Ağayeva belə hesab edir ki, Azərbaycan ailəsində övlada azad fikir formalaşdırmaq üçün imkan vermirlər: «Valideyn öz həyata keçməyən arzusunu istəyir ki, övladı həyata keçirsin. Övladının marağı onun üçün vacib deyil. Əsas problem odur ki, valideyn övladına verdiyi tərbiyədən əmin deyil. Düzgün tərbiyə versə, ona azadlıq da verər».

Gənclərin fikrincə, bu, çox maraqlı mövzu olduğu üçün, növbəti həftələrdə müzakirələri davam etdirəcəklər.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG