Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:01

Azərbaycan yığması FİFA-nın reytinqində 5 pillə geriləyib


FİFA futbol üzrə dünya yığmalarının növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 5 pillə geriləyərək, 143-cü sıraya enib.
Yığmanın 2010-cu il Dünya çempionatının qrup rəqiblərindən ən yaxşı nəticə yenə Almaniya millisinə məxsusdur - 3-cü yer. Cədvəldə üç pillə irəliləyən Rusiya 9-cu, Finlandiya 43-cü, Uels 61-ci, Lixtenşteyn isə 135-ci mövqedədir.
Reytinqə yenə son Avropa çempionu İspaniya rəhbərlik edir. İtaliya 2-ci, Braziliya, 4-cü, Argentina isə 7-ci pillədədir.
XS
SM
MD
LG