Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:49

İkinci debat


Bu dəfə namizədlər daha çox iqtisadiyyatdan danışıblar
Bu dəfə namizədlər daha çox iqtisadiyyatdan danışıblar
Amerikada prezidentliyinə namizədlər - demokrat Barak Obama və respublikaçı Con Makkeyn yenidən üz-üzə gəliblər. Namizədlərin ikinci debatı Neşvil şəhərində baş tutub. Bütün dünyanı bürüyən maliyyə böhranı namizədlərin də əsas mövzusu olub.
Onlar daha çox iqtisadiyyatdan danışıblar. Obama deyib ki, Amerika çox pis maliyyə böhranı yaşayır və söz verib ki, əksər amerikalılar üçün vergini azaldacaq:

«Orta təbəqənin xilasedici paketə ehtiyacı var. Bu da orta təbəqənin vergilərinin azaldılması, ev sahiblərinə evlərində qala bilmək üçün yardım deməkdir. Bu o deməkdir ki, biz dövlətə və yerli hakimiyyət orqanlarına kömək edirik ki, yol və körpü layihələri həyata keçirsinlər, bu isə insanları iş yerində saxlamaq deməkdir».

Makkeyn isə deyib ki, prezident seçilərsə, Maliyyə Nazirliyinə göstəriş verəcək ki, çətin vəziyyətdə olan mülkiyyətçilərə kömək edilsin:
«Amerikanın prezidenti kimi mən maliyyə nazirinə deyərdim ki, ölkədəki bütün problemli kreditləri alsın və evlərin yeni - nisbətən aşağı qiymətləri barədə danışıqlar aparsın. Adamlara da imkan verilsin ki, həmin məbləğləri ödəsinlər və evlərində qalsınlar».

Namizədlər xarici siyasət məsələlərinə də toxunublar. Obama deyib ki, Amerikanın diqqətinin İraq ətrafında cəmlənməsi Əfqanıstandan gələn təhlükəni unutdurub. Makkeyn isə Obamanın İslamabadın təqdiri olmadan Pakistanda terrorçuları məğlub etmək bacarığına şübhə etdiyini deyib. Hər iki namizəd seçicilərin suallarını da cavablandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG