Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:40

Ərtuğrul Sağlam «Beşiktaş»dan istefa verdi


Türkiyənin futbol klubu «Beşiktaş»ın baş məşqçisi Ərtuğrul Sağlam oktyabrın 7-də keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb. O, buna əsas səbəb kimi klub rəhbərliyinin UEFA Kubokunun seçmə mərhələsində Ukraynanın «Metallist» klubuna məğlubiyyətdən sonra baş məşqçilik üçün başqa mütəxəssislərlə gizli danışıqlar apardığını göstərib.
Türkiyənin «Hürriyyət» qəzetinin yazdığına görə, klubun meneceri Sinan Əngin də istefa verib. Ancaq başqan Yıldırım Dəmirörən «bir az gözlə» deyərək menecerin istefasını qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG