Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Emil Məmmədov: «Məni atama görə tutmuşdular»


Səbail Rayon Məhkəməsi vətənə xəyanətdə ittiham olunan baş redaktorun oğluna bəraət verib. «Talışı sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov qanunsuz narkotik saxlamaqda ittiham olunurdu. Həbsdən çıxandan bir neçə saat sonra Emil Məmmədov «Azadlıq» radiosuna bunları deyib:
«Elə bunu da gözləyirdim. Məni atama görə tutmuşdular, indi heç bir dəlil–sübut olmadığına görə buraxdılar. Məndən təzyiq nəticəsində izahat almışdılar, üç ay Bayıl istintaq təcridxanasında qaldım».
Emil Məmmədovu bu ilin iyununda tutmuşdular. Onun atası, «Talışı sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədova dövlətə xəyanət ittihamıyla 10 il iş veriblər.
Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov deyir ki, oktyabrın 6-da Apellyasiya Məhkəməsində vəsatət qaldırıblar ki, işi geri- birinci instansiya mərhələsinə qaytarsınlar. Hakim vəsatəti qəbul etməyib, onlar da Ali Məhkəməyə müraciət etməyə hazırlaşırlar.
XS
SM
MD
LG