Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

Lənkərandan Moskvaya aviareys açıla bilər


Lənkəran Beynəlxalq Hava Limanı isə prezident seçkisi ərəfəsində istifadəyə veriləcək. Bu barədə «Azadlıq» Radiosuna AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
İlkin mərhələdə həftədə iki dəfə Bakıdan Lənkərana və geriyə reys təşkil ediləcək. Bilet 82 manatdır. M.Səfərli deyir ki, təzə təyyarələr alındıqdan sonra Lənkəran-Moskva, Moskva-Lənkəran sərnişin reysi açılması nəzərdə tutulur.

M.Səfərli deyir ki, limanın seçki ərəfəsində istifadəyə verilməsi təsadüfidir: «Liman istifadəyə hazırdır, prezidentin regionlara səfərinə görə bir az gecikir».

Günün bütün mövzuları

XS
SM
MD
LG