Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:06

E.Namazov: «Seçki ilə bağlı yekun rəylər müsbət olmayacaq»


«Azərbaycanın siyasi tarixində ilk dəfədir ki, müxalifətin bütün aparıcı qüvvələri boykot barəsində birgə qərar qəbul edib»

«Azərbaycanın siyasi tarixində ilk dəfədir ki, müxalifətin bütün aparıcı qüvvələri boykot barəsində birgə qərar qəbul edib»

«Bu seçkiləri həm müxalifətin aparıcı qüvvələri, həm də cəmiyyət boykot etdi. Hər iki tərəf bu prosesdə iştirakçı olmaqdan boyun qaçırdı. Mən bu günlərdə mətbuatın monitorinqini özündə əks etdirən bir hesabatla tanış oldum. Orada deyilirdi ki, təbliğat kampaniyası başlayandan sonra hətta KİV-də seçkilərə maraq azalıb»-, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov «Azadlıq» qəzetinə müsahibəsində belə deyib.
«İndidən birmənalı şəkildə demək olmaz ki, beynəlxalq təşkilatların Azərbaycanla bağlı rəyi necə olacaq. Amma o da qeyd olunmalıdır ki, Azərbaycanın siyasi tarixində ilk dəfədir ki, müxalifətin bütün aparıcı qüvvələri seçkinin boykotu barəsində birgə qərar qəbul edib. Beynəlxalq təşkilatlar da ilk dəfədir ki, bu cür situasiya ilə qarşılaşıblar».

«Evlər qiymətdən düşdü, maşın satışı 2 dəfə azaldı». Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzinin «Bizim Yol»da dərc olunan açıqlamasında belə deyilir.

«İstənilən halda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir hissəsidir və qlobal neqativ tendensiyalar buradan yan keçə bilməz… Digər tərəfdən, Dövlət Neft Fondunun investisiya portfelinin 50 faizi də ABŞ-da saxlanılır. ABŞ-ın qiymətli kağızlar bazarı böhrana yuvarlanıbsa, bu vəsaitlərin taleyi də qaranlıq qalır».

Ekspertlərin fikrincə, araşdırmalara görə, kreditlərin verilməməsi daha çox maşın bazarına təsir göstərib və son iki həftədə satış tempi 2 dəfə aşağı düşüb. Ən böyük təsir bahalı maşınların satışına olub. İndiyə qədər minik avtomobillərinin yarıdan çoxu kreditlə satılırdı.

«Bakıelektrikşəbəkə» ASC-nin rəsmisi Tanrıverdi Mustafayev deyir ki, «qışda əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq». «Üç nöqtə»yə müsahibəsində T.Mustafayev bildirib ki, «bu il yüksək gərginlikli hava xətləri, həmçinin yarımstansiyalar yenilənib».

«Azərbaycanın müdafiə sənayesi uğurla inkişaf edir»-, Müdafiə sənayesi naziri Yavər Camalovun «Azərbaycan» qəzetindəki məqaləsi belə adlanır. Nazir yazır: «2006-2008-ci illərdə nazirliyin tabeli müəssisələrinin avadanlıq parkının yenilənməsi, beynəlxalq standartlara cavab verən istehsal sahələrinin yaradılması məqsədilə 160-dan çox texnoloji avadanlıq və dəzgahlar alınıb quraşdırılmışdır. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələri aviasiya, naviqasiya, cihazqayırma və digər sahələr üzrə bir çox xarici dövlətlərin müəssisələri ilə əməkdaşlıq edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG