Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:21

«Bakıda seçkiqabağı atmosfer hiss olunmur»


Piter Semnebi
Piter Semnebi
Bakıda seçkiqabağı atmosfer hiss olunmur. Bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi oktyabrın 6-da Bakıda jurnalistlərə verdiyi açıqlamada bildirib:

«Media məsələləri bizim üçün çox vacibdir. Biz vəziyyəti yaxından izləyirik. Seçkilərə gəlincə, mən indi mühakimə yürütmək istəmirəm. ATƏT bu gün ikinci hesabatını açıqlayıb və biz seçkidən iki gün sonra son rəyimizi verəcəyik. Mənim gözümə dərhal dəyən o oldu ki, Bakıda seçkiqabağı atmosfer hiss olunmur. Mən indi gördüyümdən daha artıq siyasi fəaliyyət görəcəyimi gözləyirdim».

P.Semnebi deyir ki, ölkə rəsmilərilə həmçinin Gürcüstandakı müharibənin Azərbaycana təsiri məsələsini də müzakirə edib.

«Əlbəttə ki, Gürcüstandakı münaqişənin Dağlıq Qarabağla əlaqədar vəziyyətə təsiri var. Son hadisələr çözülməmiş münaqişələrin hansı təhlükəni daşıdığını ortaya qoydu».

AB təmsilçisi düşünür ki, münaqişə tərəfləri problemin yoluna qoyulması üçün addımlar atılmasının və səylərin yenilənməsinin zəruriliyini hiss edir. Onun sözlərinə görə, vəziyyət indi xeyli fərqlidir və Avropa Birliyi Gürcüstanla bir neçə həftə bundan əvvəl təsəvvür edə biləcəyindən qat-qat artıq məşğuldur.

Piter Semnebi Bakıya bir günlük səfərə gəlib. O, prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri, Xarici İşlər naziri və ATƏT seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG