Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Suraxanıdakı partlayışda ölənlərin sayı iki nəfərə çatdı


Suraxanı rayonu Bülbül küçəsi 1 saylı evdə baş verən partlayışda ölənlərin sayı iki nəfərə çatdı. Oktyabrın 6-da 5 saylı Klinik xəstəxanada ailə başçısı Arif Məcidov da dünyasını dəyişib. Mərhumun yaxınları «Azadlıq» radiosuna bildirib ki, baş vermiş partlayışda «Azərsu» Səhmdar Cəmiyyətini təqsirli sayırlar.

Mərhum Məcidovun özü də bir gün əvvəl mətbuata verdiyi açıqlamada demişdi ki, partlayışa səbəb «Azərsu»nun onların evinin yaxınlığındakı kanalizasiya xəttində qazıntı aparması olub. Orada işləyən ağır texnika ərazidən keçən qaz kəmərini zədələyib və evin zirzəmisinə qaz sızıb.
«Azərsu» Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmadı.
Oktyabrın 1-i səhər saat 8 radələrində Suraxanı rayonu Bülbül küçəsi 1 saylı evdə partlayış baş verib. Nəticədə evin xanımı – mərhum Arif Məcidovun həyat yoldaşı Sədaqət Süleymanova həlak olub. Hazırda müxtəlif dərəcəli yanıq xəsarəti almış və iki valideynini də itirmiş Fərman, Günel və Aytac 5 saylı Klinik xəstəxananın yanıq şöbəsində həkim nəzarətindədirlər.
XS
SM
MD
LG