Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53

Yanacaqdoldurma məntəqəsində güclü yanğın olub


Oktyabrın 5-də Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib. Qamboy Verdiyev adlı şəxsə məxsus yanacaqdoldurma məntəqəsində yanğın ehtiyat yanacağın boşaldılması zamanı baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğın Təhlükəsizlik Xidmətinin və rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Onlar dərhal yaxınlıqda yaşayan sakinləri və ətrafda fəaliyyət göstərən mağazalardakı satıcıları evakuasiya ediblər.

Yanğının söndürülməsinə Ağcabədi, Bərdə və Tərtər rayonundan yanğın təhlükəsizliyi xidmətlərinin əməkdaşları cəlb edilib. Ümumilikdə 8 yanğınsöndürən maşınla çalışan yanğınsöndürənlər yanacaqdoldurma məntəqəsində alovun başqa tikililərə keçməsinə imkan verməyiblər.

Ağdam Yanğın Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, yanğın əhatə etdiyi ərazidə ümumi həcmi 45 ton olan üç yanacaq çəni olub. Onlardan biri 5 tonluq dizel, digər ikisi isə 20 tonluq benzin çənləridir. Çənlərdən heç birində partlayış baş verməyib.

Mütəxəssislərin sözlərinə görə, əgər partlayış baş vermiş olsaydı, ətravdakı binaların və yaşayış evlərinin əksəriyyəti zərər çəkərdi.

Faktla bağlı araşdırma aparılır.
/APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG