Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:32

İranda da bahalıqdır


Rəsmi məlumatlara görə, son aylar inflyasiya 25 faizdən çox olub
Rəsmi məlumatlara görə, son aylar inflyasiya 25 faizdən çox olub
Dinlə

İranın Mərkəzi Bankının məlumatlarına görə, ötən ilə baxanda bu il ölkədə ərzaq 30 faizdən çox bahalaşıb. Ətin, südün, tərəvəzin qiymətlərindən savayı, iranlılar tibbi xidmətin, evlərin, elektrikin də qiymətlərinin kəskin qalxmasından əziyyət çəkirlər.

İranın şimal şəhərlərindən birində sürücülük edən Mehdi ayda təxminən 200 dollar qazana bilir. Bunun da yarısını ev kirayəsinə verməli olur. Dediyinə görə, pulu yalnız yeməyə, o da güclə çatır:

«Ətin kilosu təxminən səkkiz dollar, toyuq əti dörd dollardır. Ərzaq dəhşət bahadır. İranda almanın kilosu iki dollardır. Bizim qazancımız yalnız sağ qalmaq üçün ərzaq almağa güclə çatır».

İranda xüsusilə də şəhər əhalisi arasında eyni zamanda iki, bəzən də üç yerdə işləmək adi haldır. Heç olmasa, bu yolla daim qalxmaqda olan qiymətlərə tab gətirə bilsinlər deyə.

Bu yay İranın Mərkəzi Bankı məlumat vermişdi ki, 65 milyonluq əhalinin hər dörd nəfərindən biri kasıblıq həddindən aşağı yaşayır. Baxmayaraq ki, onların vətənləri təbii neft və qaz ehtiyyatlarına görə, dünya ikincisidir. Elə bu aylarda neft qiymətlərinin qalxmasına görə, İran ayda yeddi milyard yarım dollar qazanır.

«Azadlıq» radiosuna müsahibəsində Təbriz sakini Mustafa Əvəzpur bildirir ki, İranda iqtisadi vəziyyətin ağırlığını azərbaycanlılar daha çox çəkirlər. Onun dediyinə görə, iqtisadi imkanlar sarıdan da azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar.

Ölkə vətəndaşlarının çoxu kasıblıq və inflyasiyanın səbəbini prezident Əhmədinejadın uğursuz maliyyə və iqtisadi siyasətində görürlər.

Rəsmi məlumatlara görə, son aylar inflyasiya 25 faizdən çox olub. Halbuki, Əhmədinejad prezident kürsüsünə gələrkən inflyasiya 12 faiz həddində idi.

Əhmədinejad hakimiyyətə neft gəlirlərinin ədalətli bölüşdürüləcəyi və kasıbların həyat səviyyəsinin yüksəlməsi vədləri ilə gəlmişdi. Amma bu illər ərzində getdikcə artan inflyasiya və işsizlik kasıbları daha da kasıblaşdırıb.
XS
SM
MD
LG