Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Astarada sel iki nəfərin ölümünə səbəb oldu


Oktyabrın 2-i gecə Astara rayonunun dağ ərazilərinə yağan leysan yağışlar faciə ilə nəticələnib. Rayounun Düriyyə kənd sakinləri Əzizova Zəhranı və onun qızı Fərhadova Səbinəni sel aparıb. Onların hər ikisinin meyiti tapılıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzaim Hüseynov «Azadlıq» radiosuna deyib ki, Miki, Şağlazüzə və Pəlikəş kəndlərinə daha çox ziyan dəyib. Pəlikəş kəndində su bəndləri dağılıb, Pensər çayı üzərindəki taxta körpülər isə uçub. Rayonda komissiya yaradılıb. Hazırda dəyən ziyan dəqiqləşdirilir.
Rayonun təsərrüfatına da ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG