Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

«Nadir hadisə»


Amerikanın Xəzinədarlıq Departamentinin Xarici Vəsaitlərə Nəzarət İdarəsi Nyu-Cersidə yerləşən Amerika-İran Şurasına İranda fəaliyyət göstərməyə icazə verib

Amerikanın Xəzinədarlıq Departamentinin Xarici Vəsaitlərə Nəzarət İdarəsi Nyu-Cersidə yerləşən Amerika-İran Şurasına İranda fəaliyyət göstərməyə icazə verib

Birləşmiş Ştatlar bir Amerika qeyri-hökumət təşkilatına İranda ofis açmağa icazə verib. Qərb xəbər agentlikləri bunu «nadir hadisə» adlandırıblar.
Amerikanın Xəzinədarlıq Departamentinin Xarici Vəsaitlərə Nəzarət İdarəsi Nyu-Cersidə yerləşən Amerika-İran Şurasına İranda fəaliyyət göstərməyə icazə verib.

Bəyanatda deyilir ki, Şura İran, ya da Amerika hökuməti, mədəniyyəti, xalqı haqda yanlış təsəvvürləri dəyişməyə çalışacaq.

Amerika Dövlət Departamenti qərarı təsdiqləyib, amma deyib ki, Birləşmiş Ştatların İran siyasəti dəyişməyib.

Amerika İran Şurasının icraçı direktoru Brent Lollis deyib ki, onun təşkilatının İrandakı fəaliyyəti Tehranla Vaşinqton arasında normallaşmış münasibətin təşkilatlanmasıdır.

Amerika ilə İran arasındakı diplomatik əlaqələr 1979-cu ildən dayanıb. Həmin il Tehrandakı Amerika səfirliyi zəbt olunmuşdu. Hazırda isə iki ölkə İranın nüvə proqramı ilə bağlı da razılığa gələ bilmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG