Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27

Ramanada atışma olub. Polis iki nəfəri öldürüb


Polisin həqiqətən Ramanada əməliyyat keçirdiyini Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna təsdiqləyiblər

Polisin həqiqətən Ramanada əməliyyat keçirdiyini Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna təsdiqləyiblər

Oktyabrın 2-də gecə saatlarında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat zamanı 39 yaşlı Fərhad Quliyev və onun yaxın qohumu 45 yaşlı Azad Quliyev öldürülüb.
Polis əməkdaşları Fərhad Quliyevin idarə etdiyi avtomobil saxlamaq istəsələr də, qarşı tərəf silahlı müqavimət göstərib. ANS-in əldə etdiyi məlumata görə, bir neçə dəqiqə davam edən atışma nəticəsində polis əməkdaşları Fərhad və Azad Quliyevləri zərərsizləşdiriblər.

Fərhad Quliyev sentyabrın 1-də Hidayət adlı Maştağa qəsəbə sakinini odlu silahla qətlə yetirdiyinə görə axtarışda idi.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

APA xəbər yayıb ki, Ramanada öldürülən silahlılardan biri Fərhad Quliyev Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan Hacı Zakir Quliyevin oğlu, digəri isə qardaşı oğludur.

Polisin həqiqətən Ramanada əməliyyat keçirdiyini Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna təsdiqləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG