Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

Senat 700 milyard dollarlıq yardım paketini təsdiqlədi


Senatda çoxluğun lideri Harri Reid jurnalistlərə yardımın təsdiqlənməsi ilə bağlı qərarı açıqlayır. Vaşinqton, 1 oktyabr 2008
Senatda çoxluğun lideri Harri Reid jurnalistlərə yardımın təsdiqlənməsi ilə bağlı qərarı açıqlayır. Vaşinqton, 1 oktyabr 2008
Amerika Senatı hökumətin təklif etdiyi 700 milyard dollarlıq yardım paketini təsdiqləyib. 74 nəfər bu qərarın lehinə, 25 nəfər əleyhinə səs verib. İndi sənəd təzə versiyada Nümayəndələr Palatasına qayıdacaq. Palata sentyabrın 29-da yardım layihəsinin ilkin versiyasını rədd edib.

İqtisadiyyata yardımın verilməsini Amerikanın prezidenti Corc Buş təklif etmişdi. Amerika bankları verdikləri ipoteka kreditlərini geri ala bilmirlər, ölkədə maliyyə böhranı yaranıb, birjalarda aksiyaların qiyməti aşağı düşüb.
Yardım paketi hökumətə imkan verəcək ki, bankların ümidsiz ipoteka borclarını, maliyyə institutlarının dəyərsizləşmiş vəsaitlərini alsın.
Təzə versiyada əlavə - biznes dairələrinə, enerji sektoruna, orta sinfə də yardım da nəzərdə tutur. Bu layihə həm də bank depozitləri üçün federal sığortanı artırır.

Səsvermədən əvvəl demokratların namizədi Barak Obama deyib:
«Gəlin qorxunu dəf etmək üçün birləşək. Bir yerdə biz məğlub ola bilmərik. Nə indi, nə də gələn il. Bu, elə bir ölkədir ki, zaman-zaman müharibələrlə, tənəzzüllə, hədələrlə, həmlələrlə üzləşib. Hər dəfə də biz ayağa qalxmışıq. Demokrat, respublikaçı kimi yox, amerikalı kimi. Amerikada inamın əsasında bu durur ki, taleyimiz bizim üçün yazılmayıb, biz taleyimizi yazırıq».

Respublikaçıların namizədi Con Makkeyn də birliyin vacib olduğunu deyib:
«Böhranlar problemin həlli istiqamətində bizim mənimizi ortaya qoyur. Biz nədən ibarətik. Sınaqdan necə çıxırıq. Bütün hallara iqtisadiyyatın gələcəyi sual altında qalanda, bizdən ümumi rifah üçün addım tələb olunanda fövqəladə vəziyyət yaratmamalıyıq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG