Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:40

Keçmiş polislərdən ibarət basqınçı dəstə həbs edilib


«Bakıda keçmiş polislərdən ibarət basqınçı dəstə həbs edilib». Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun oktyabrın 1-də yaydığı məlumatda belə deyilir.

Məlumatda keçmiş polis əməkdaşları Mehdi Əmirəliyev, İrac Nəsrullayev və Ceyhun Qarayevin şübhəli şəxs qismində saxlanıldığı, onların üzərindən 1 ədəd «TT» markalı tapançanın aşkar olunaraq götürüldüyü deyilir.

MTN və Baş Prokurorluq bildirir ki, saxlananlar istintaqa verdikləri ifadələrində 1998-ci ildən etibarən Bakının müxtəlif ərazilərində ayrı-ayrı şəxslərə qarşı 20-dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər.
XS
SM
MD
LG