Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:02

Maştağa sakini: «Çirkab suların hamısı qapımızdadır»


Hələliksə Bakı kəndləri kanalizasiya suları içində üzür...
Hələliksə Bakı kəndləri kanalizasiya suları içində üzür...
Dinlə

Payızın qəfil gəlişi, havanın temperaturunun təxminən 15 dərəcəyə qədər enməsi, son bir neçə gündə yağan yağışın aylıq normanı üstələməsi Bakının həm mərkəzində, həm də ətraf qəsəbələrində kanalizasiya problemini bir qədər də qabarıb.
«Baxın, kanalizasiya daşıb tökülür heç baxan da yoxdur»-, bunu Zabrat qəsəbəsinin sakini deyir. Onun sözlərinə görə, dəfələrlə rəsmi qurumlara müraciət etmələrinə baxmayaraq köhnə kanalizasiya xətlərini təmir edən yoxdur.

Küçələrdə yağış suyunun axıdılması üçün kanalizasiya xətlərinin olmaması isə situasiyanı bir qədər də gərginləşdirir. Zabrat qəsəbəsində məhəlləiçi yolların hamısı yağış və çirkab sularının altında qalıb. Sakinlər deyir ki, rəsmilərin dəfələrlə söz vermələrinə baxmayaraq bu problemlər uzun illərdir çözülmür.
«Yollarımız bərbaddır. Evlərimizə gedib-gələ bilmirik...»

Zabrat ilə Maştağa qəsəbəsini birləşdirən körpünün aşağı hissəsini də su basıb. Ərazidə kanalizasiya xətti olmadığı üçün sakinlər yol açıb yağış sularını Bakı-Sumqayıt qatarlarının hərəkət etdiyi dəmir yol xətlərinə tərəf axıdırlar.

Maştağa qəsəbəsi, yanvar 2008
Maştağa qəsəbəsində də durum fərqli deyil. Bakının bir çox kəndləri kimi Maştağada da kanalizasiya xətti demək olar yoxdur. Yalnız 1960-70-ci illərdə tikilən və keçmişdə Su Təsərrüfatı Nazirliyinin balansında olan ikimərtəbəli binalar yerləşən ərazidə kanalizasiya xətləri var ki, sakinlər deyir, onun olmasından olmamağı yaxşıdır.

Sakinlər deyirlər ki, Sabunçu Rayon İcra Hakimiyyətindən gəlib durumla tanış olublar və yeni kanalizasiya xətlərinin çəkilməsi üçün tapşırıq veriblər.

«-Gəlib baxdılar. Kanalizasiya xəttində təmir apardılar. Yağışlar yağandan yenə motor xarab olub. Çirkab suların hamısı qapımızdadır. İndi yenə gərək təmir oluna.
- Təmir işləri kimin hesabına aparılır?
- Kimin hesabına olacaq? Özümüzün».

Burada sakinlərin evlərindən kanalizasiyaya axıtdıqları çirkab qapılarında yerin üstünə çıxır. Çıxış yolunu isə bilən yoxdur:
«- Kanalizasiya faktiki sizin evinizin qabağı ilə axır. Şikayətlərinizə nə cavab verirlər?
- Heç nə. Gəlib bir-iki günlük düzəldirlər, xətlər köhnə olduğundan yenə sıradan çıxır.
- Neçə illərdir bu kanalizasiya xətti yerin üstü ilə axır?
- 25 ildir. 25 ildə getmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Gəlirlər, yalandan kəmərin bir hissəsini ala-babat təmir edib gedirlər, iki gündən sonra yenə borular partlayır.

Maştağa bələdiyyəsinin sədri Məhərrəm Həsənzadə deyir ki, paytaxtın kanalizasiya sisteminin bütünlüklə yenidənqurulması üzrə indi həyata keçirilməkdə olan planda Bakı kəndlərinə yeni kanalizasiya xətlərinin çəkilməsi də var. Yaxın aylarda yeni kanalizasiya xətləri işə düşəcək:
- Maştağa, Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı qəsəbələri üçün yeni xətt çəkilir».

İşlər plan üzrə davam edir. Bələdiyyə sədri bildirir ki, yeni xətt çəkiləndən sonra problem getdikcə aradan qalxacaq.
Hələliksə Bakı kəndləri kanalizasiya suları içində üzür...
XS
SM
MD
LG