Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:53

Saakaşvili Sarkisyana orden verdi


Tbilisidə Gürcüstan prezidenti Mixal Saakaşvili ermənistanlı həmkarı Serj Sarkisyanı ölkəsinin Şərəf ordeni ilə təltif edib.
Dövlət başçıları oktyabrın 1-də keçirdikləri brifinqdə regionda sülhün inkişaf etdirilməsinin vacib olduğunu bildiriblər.

«Qafqaz xəritədə çox balaca görünür, amma böyük əhəmiyyət kəsb edir. Biz çalışmalıyıq ki, Qafqazdakı böyük maraqlardan xalqımızın rifahı üçün istifadə edək»-, deyə Sarkisyan bildirib.

Prezident Saakaşvili Rusiyanın Gürcüstana müdaxiləsinə toxunaraq deyib: «Son hadisələr göstərdi ki, regional əməkdaşlıq bizim üçün nə qədər vacib əhəmiyyət daşıyır, problemlərdən və konfliktlərdən nə qədər əziyyət çəkirik, bir daha anladıq ki, bu məsələlərin həllini başqa nəsillərə ötürmək olmaz».
Gürcüstanın dövlət başçısı mövcud problemlərin həllinə əmin olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG