Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Tələbələri Təbriz həbsxanasına gətiriblər


8 azərbaycanlı tələbə
8 azərbaycanlı tələbə
İranda həbs olunmuş 8 azərbaycanlı tələbə fəal ETTALAT-ın Təbrizdəki həbsxanasına göndərilib, təkadamlıq kameraya salınıblar. Ailələri ilə görüşlərində bildiriblər onlar həbsxanada işgəncəyə məruz qalırlar.
Həbslərə etiraz əlaməti olaraq sentyabrın 27-də Təbrizdə aksiya keçirilib. Amma, bundan sonra bir neçə tələbə fəal da saxlanılıb.

2008-ci iyul ayından başlayaraq İranda azərbaycanlı tələbə fəalların silsilə həbsləri həyata keçirilib. Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Komitəsinin məlumatına görə, onlar İran konstitusiyasına müvafiq olaraq ana dilində təhsil hüququnun tələb edir, azərbaycanlıların mədəniyyət və tarixi günlərinin keçirilməsini istəyirlər.

Həbslərə etiraz əlaməti olaraq sentyabrın 27-də Təbrizdə aksiya keçirilib
Həbs olunanlardan Səyyad Radmehr Təbriz universitetinin mexanika mühəndisliyi fakültəsinin tələbəsidir, onun dostları Feraz Zahtab və Aydın Hajey hüquq fakültəsində oxuyur və İslam Tələbə Assosiasiyasının üzvləridirlər, onların hamısı 2008-ci ilin iyulun 17-də həbs olunub. Bununla yanaşı təhlükəsizlik qüvvələri onların və yaxınlarının evlərində axtarışlar həyata keçiriblər.

Digər tələbə Dariuş Hatəmi isə iyulun 17-də həbs edilib. Avqustun 13-də saxlanılan tələbə fəal Əmir Mərdani tutulduqdan sonra ailəsi ilə telefon danışığında deyib ki, o, təhlükəsizlik orqanları ilə əməkdaşlıq təklifini rədd etdiyi üçün dözülməz işgəncələrə məruz qalıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə İrandakı həbsləri pisləyən bəyanatlar verib və hökumətdən fəalları azad etməyə çağırıb.
XS
SM
MD
LG