Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

3 milyon dollar hara getdi?


Terri Devidson deyir ki, onlar pul ayıranda seçki prosesinə ən çox təsir edəcək layihəni seçirlər

Terri Devidson deyir ki, onlar pul ayıranda seçki prosesinə ən çox təsir edəcək layihəni seçirlər

«Mən seçkidə informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir layihə hazırladım. Ancaq bu layihə səfirlikdən keçmədi».
Bunu «Multimedia» İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyir. Onun sözlərinə görə, ABŞ hökumətinin seçkiylə bağlı layihələr verəcəyini eşidən kimi, səfirliyə layihə təqdim edib, ancaq keçməyib. O.Gündüz bildirir ki, əvvəllər ABŞ səfirliyinin ayırdığı layihələr barədə məlumat almaq mümkün olurdu, indi isə vəziyyət başqa cürdür:
«İndi tamamilə məlumatsızlıqdır ki, hansı layihələr keçib, bu layihələrin məzmunu nə olub?»
Politoloq Zərdüşt Əlizadənin fikrincə, ABŞ səfirliyi seçki üçün nəzərdə tutulan pulun böyük hissəsini hökumət strukturlarına, iqtidarı dəstəkləyən layihələrə ayırıb:
«Polisə verirlər ki, mədəniyyəti artırsınlar, Mərkəzi Seçki Komissiyasına, birbaşa dövlət qurumlarına ayırırlar».
Politoloqun sözlərinə görə, burda qəribə bir şey yoxdur, çünki əvvəllər də Amerika hökumətinin siyasətində bu cür hallara rast gəlinib:
«Vaxtilə Samosa ABŞ-ın dövlət maraqlarını Nikaraquada təmin edirdi, onlar Samosaya dəstək verirdilər. Yaxud Hüsnü Mübarək Misirdə Birləşmiş Ştatların dövlət maraqlarını təmin edirdi, ABŞ-sa Mübarəkə dəstək verirdi. Amerikanın dövlət siyasəti mənim üçün bir sirr deyil ki?
Ancaq ABŞ səfirliyindən Terri Devidson bu cür ittihamlarla razı deyil. Onun sözlərinə görə, qrantların verilməsini ictimaiyyətin köməyi ilə həyata keçirə bilərdilər. Sonradan kimə qrant verilib, kimə verilməyib, bunu da açıqlamaq olardı, ancaq bu, etik sayılmır. Səfirlik qrant üçün müraciət edib ala bilməyənlərin adını açıqlamaqla onları utandırmaq istəmir. O ki qaldı qrantların daha çox dövlət strukturlarına ayrılmasına, Devidson deyir:
«Bu məbləğin 70 faizdən çoxu QHT-lərə ayrılıb. 30 faizdən azı isə İFES-ə ayrılıb ki, MSK ilə işləsin. Əlbəttə MSK seçki keçirir, partiya deyil. Məncə, MSK ilə işləmək də səmərə verəcək. Biz hər ikisini etdik, həm MSK-ya, həm də QHT-lərə pul ayırdıq».
Terri Devidson deyir ki, onlar pul ayıranda seçki prosesinə ən çox təsir edəcək layihəni seçirlər. Cənab Devidsona görə, kiçik qrantlar verilərkən hansısa siyasi partiyaya meyllənən yox, ümumilikdə seçki prosesinə dəstəkləyəcək, irəlilədəcək layihələr seçilib:
«Bu pulu əsasən Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu alıb. Onlar partiyaların, siyasi təbliğatın inkişafına dair iş görürlər. Bundan başqa, bəzi QHT-lərə kiçik qrantlar verilib. Bu QHT-lər səslərin sayılması, qadınların, gənclərin seçkidə iştiraka həvəsləndirilməsi ilə bağlı iş aparırlar».
Terri Devidson deyir ki, 3 milyon dolların ancaq bu seçkiyə ayrılan hissəsi paylanıb. Demokratiya komissiyası hazırda bəzi layihələri öyrənir. Bu layihələrdən bəziləri Azadlığa Dəstək Aktı (Freedom Support Act) çərçivəsində həyata keçiriləcək.
XS
SM
MD
LG