Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57

Müzakirələrin formatı Nyu-York görüşündən asılıdır


Araz Əzimov deyib ki, rəsmi Ankara əvvəlki mövqeyində qalır, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır

Araz Əzimov deyib ki, rəsmi Ankara əvvəlki mövqeyində qalır, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır

Müzakirələrin formatı Nyu-York görüşünün nəticələrini təhlil edəndən sonra müəyyənləşəcək. Xarici İşlər nazirinin müavini Araz Əzimov belə deyib. Məlumatı AzərTAc yayıb.
Keçən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Türkiyənin təşəbbüsü ilə Nyu-Yorkda görüşüblər.

Araz Əzimov deyib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həll olunması istiqamətində göstərdiyi səyləri müsbət qiymətləndirir. O, bildirib ki, rəsmi Ankara əvvəlki mövqeyində qalır, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır.

Politoloq Zəfər Quliyevə görə, müzakirələrin formatının dəyişməsi aktualdır. Bakı daha çox səy göstərir ki, ilk növbədə Türkiyə həmsədrliyə cəlb edilsin. Eləcə də Amerika Rusiyanın həmsədr kimi qalmasını istəmir. Amma ekspertin fikrincə bu çox uzun prosedurdur.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupunun Amerika, Rusiya və Fransadan olan üç həmsədri məşğul olur. Bu vaxta kimi həmsədrlər problemin həlli ilə bağlı üç təklif irəli sürüblər və onlardan heç biri tam şəkildə nə Azərbaycan, nə də Ermənistan tərəfindən qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG