Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:30

Qlobal maliyyə böhranı Avropaya keçir


Bir sıra iri Avropa bankları qlobal maliyyə böhranının qurbanına çevriliblər.
Britaniya hökuməti Bradford & Bingley bankına borc vermək niyyətindədir, investorların banka etimadının itdiyini deyilir.

Belçika, Lüksemburq və Hollandiya razılığa gəliblər ki, nəhəng sığorta şirkəti «Fortis»ə borc versinlər.

İslandiya hökuməti ləğvedilmə təhlükəsi ilə üzləşən ölkənin üçüncü bankını nəzarətə götürüb.

Fransa prezidenti Nikola Sarkozi qlobal maliyyə böhranın müzakirə etmək üçün ölkənin aparıcı bank larının və sığorta təşkilatlarının rəhbərləri ilə görüş keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG