Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

«İlham Əliyevdən zəmanət almışam»


«Ümid edirəm ki, bütün bu şəxslər azad ediləcək və demokratik normalar tamamilə bərpa ediləcək»

«Ümid edirəm ki, bütün bu şəxslər azad ediləcək və demokratik normalar tamamilə bərpa ediləcək»

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) rəhbəri Luis Mariya de Puç Azərbaycan hakimiyyətini qurumun qətnamələrinə riayət etməyə çağırıb. «İyunun sonu - iyulun əvvəlində Bakıya səfərim zamanı mən prezident, Baş nazir və digər müvafiq hakimiyyət orqanlarından AŞ PA qətnamələrini yerinə yetirməyi xahiş etdim», - deyə de Puç sentyabrın 29-da Strasburqda keçirilən mətbuat konfransında bildirib.
O, «Turan»ın müxbirinin AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi institutunu bərpa etmək niyyətində olub-olmaması barədə sualına cavab verərkən belə deyib.
De Puç bildirib ki, Assambleya demokratiya məsələlərini tədqiq edib, siyasi xadimlərin və jurnalistlərin həbsdən azad edilməsi məqsədilə təzyiq göstərib:
«Mən Azərbaycan prezidenti İlham Əliyevdən bu məsələlərin həll ediləcəyi barədə zəmanət almışam. Bir neçə gün əvvəl 80 məhbusun azad edilməsi barədə informasiya almışam».
Lakin AŞ PA prezidentinin bütün siyasi məhbusların azad edilib-edilməməsi barədə məlumatı yoxdur. Luis Mariya de Puç Azərbaycan hakimiyyətini bir daha qurumun qətnamələrinə riayət etməyə çağırıb:
«Ümid edirəm ki, bütün bu şəxslər azad ediləcək və demokratik normalar tamamilə bərpa ediləcək. Qarşıdan gələn prezident seçkisi isə Avropa Şurası tərəfindən qəbul edilə biləcək çərçivədə keçiriləcək».
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 30-dan çox siyasi məhbus var. Üç jurnalist isə müxtəlif ittihamlarla həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG