Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Çörəyi daşdan çıxanlar…


Metronun «Xalqlar dostluğu» stansiyasından təxminən 150 metr uzaqlıqda «Xalqların daş bazarı» adlı bazar yerləşir

Metronun «Xalqlar dostluğu» stansiyasından təxminən 150 metr uzaqlıqda «Xalqların daş bazarı» adlı bazar yerləşir

Metronun «Xalqlar dostluğu» stansiyasından təxminən 150 metr uzaqlıqda «Xalqların daş bazarı» adlı bazar yerləşir. Burada içərisi qumla, mişar daşıyla dolu böyük yük maşınları dayanıb alıcı gözləyirlər…
Çörəyi daşdan çıxanların problemləri ilə yaxından tanış olmaq üçün onlarla söhbət etmək istədim. Əvvəlcə torbalara qum yığan və yorulub torpağın üstə uzanan fəhlələr də, dilxor vəziyyətdə o tərəf bu tərəfə var-gəl edən sürücülər də, elə satıcılar da danışmağa çəkindilər. Bir azdan ürəklənib başladılar problemlərindən söz açmağa. Onlar ilk növbədə icarə haqqının çox olmasından, qazanclarının azlığından gileyləndilər.

«Bazara girən kimi 3 manat pul istəyirlər, sürücülər yazıq günə qalıb…»
Onlar danışdıqca məlum olurdu ki, daş-topaq sataraq çörək pulu qazanmaq arzusunda olanların narazılığı Bakı Şəhər Nəqliyyat Departamentinin işçilərindəndir:

«Maşını saxlayırıq gəlirlər nömrələri açırlar 50 manat almayınca nömrələri vermirlər. Mənim maşınımın nömrəsini açıblar deyir 100 manat bir yerə ödəməlisən 50 manat bir yerə. Sadəcə olaraq bugünkü gündə Azərbaycanın qara milləti dövlətə hambal işləyir».

Daş bazarının satıcılarının əksəriyyətinin Bakılı olmaması da onlara çətinlik yaradır. Deyirlər ki, Nəqliyyat Departamentinin işçiləri onlara öz şəhərlərində işləməyi tələb edirlər.

«Mənə deyir Naxçıvan vətəndaşısan get orda işlə. Nə fərqi var axı Naxçıvan başqadır Azərbaycan başqa?»
Yük maşınlarının sürücüləri deyirlər ki, tikinti materiallarını bazara çatdırana qədər bir neçə posta da «haqq» verirlər.
«Hər yerin hesabı var. Bunu vermədən mümkün deyil»

Bu ərazidə yeni körpü tikilir və tikinti işləri başa çatan kimi bu bazarın da fəaliyyətinə son qoyulacaq. Bununla bağlı satıcılara xəbərdarlıq da edilib. Amma işçilər deyir ki, onlara yer verməsələr harda gəldi pul qazanmağa cəhd edəcəklər:

«Uzaqbaşı gedib Prezident Aparatının qabağında durub satacağıq…»

Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov deyir ki, yük maşınları hər biri tonuna uyğun lisenziya alır və rüsum ödəyir. Başqa ödəmədən söz gedə bilməz. O, ki, qaldı Departament işçilərinin nömrələri sökməsinə Namiq Həsənov deyir ki, ola bilsin departament işçiləri bunu sürücüləri vergiyə cəlb etmək üçün edirlər. Əgər sürücülər vergidən yayınmırlarsa rüşvət verməsinlər və problem yarananda nazirliyə müraciət etsinlər.

Şərhləri göstər

XS
SM
MD
LG