Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Bakının əksər yollarında nəqliyyatın hərəkəti iflic olub


Magistral xətlərdə iri gölməçələr yaranıb, nəqliyyatın hərəkəti çətinləşib
Magistral xətlərdə iri gölməçələr yaranıb, nəqliyyatın hərəkəti çətinləşib
Bakıya sentyabrın 27-də axşam saatlarından yağmağa başlayan yağış paytaxtın əksər yollarında nəqliyyatın hərəkətini iflic edib.
Magistral xətlərdə iri gölməçələr yaranıb. «Azadlıq» radiosunun müxbirləri xəbər verirlər ki, Hovsan qəsəbəsindən şəhərə gələrkən yeni tikilmiş körpünün yaxınlığında yaranmış gölməçə nəqliyyatın hərəkətinə mane olur.

Oxşar vəziyyət şəhərin digər istiqamətində Bayılda da müşahidə edilir. Bibiheybət tərəfindən şəhərə girişdə iritutumlu avtobuslardan başqa digər nəqliyyat növlərinin hərəkəti dayanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları ərazidə işləyirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov isə «Azadlıq» radiosuna bildirib ki, yollarda heç bir problem yoxdur, maşınlar normal hərəkətdədirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti isə bu cür hava şəraitinin sentyabrın 30-dək davam edəcəyini proqnozlaşdırır. Sinoptiklər deyirlər ki, ölkə ərazisində yağıntının miqdarı 20 millimetr olub ki, bu da aylıq normaya bərabərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG