Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

Çin kosmonavtı ilk dəfə açıq kosmosa çıxıb


Sentyabrın 27-də Bakı vaxtilə saat 13:45-də Çin taykonavtı (kosmonavtı) ilk dəfə açıq kosmosa çıxıb.

Çjay Çjiqan təxminən 15 dəqiqəni Yerdən 343 kilometr hündürlükdə açıq fəzada keçirib.

Kosmonavt havasız fəzada Çin bayrağını yelləyib və «Şençjou-7» kosmik gəmisinin çöl tərəfində avadanlıq quraşdırıb.

Beləliklə, Çin Rusiya və ABŞ-dan sonra kosmonavtı açıq kosmosa çıxan üçüncü ölkədir.

«Şençjou-7» Çinin kosmosa üçüncü pilotlu uçuşudur. Kosmik gəmi sentyabrın 25-də Qansu əyalətindəki kosmodromdan yola düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG