Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

İlham Əliyev xalqı təbrik etdi


Azərbaycan prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik məktubunda deyilir:

«Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən orucluq mərasimləri xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram».

İlham Əliyev həmçinin, Azərbaycanın yəhudi icmasını yəhudi xalqının qədim milli mərasimlərindən olan Roş-Ha-Şana – Yeni il bayramı münasibətilə təbrik edib.

«Yəhudi icması bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir», - deyə təbrik məktubunda qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG