Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

E.Ders: «İki ölkə arasında əməkdaşlığın intensivliyi müşahidə edilir»


«ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfərindən sonra hər iki ölkə arasında əməkdaşlığın intensivliyi müşahidə edilir».

Bu sözləri Birləşmiş Ştatların Azərbaycandakı səfiri Enn Ders səfirlik nəzdində Amerika Kommersiya Xidməti Ofisinin açılışı mərasimində bildirib. Onun sözlərinə görə, ABŞ Azərbaycanla tərəfdaş kimi geniş və müxtəlif məsələlər üzərində işləyir:
«Biz enerji məsələləri, demokratik və iqtisadi islahatlar, xalqlar arasında geniş mübadilə sahəsində əməkdaşlıq edirik. Səfirliyin nəzdində kommersiya məsələləri üzrə müşavirliyin fəaliyyətə başlaması da əməkdaşlıq sahəsində növbəti addımdır».
ABŞ Kommersiya Departamenti rəhbərinin müavini Pol Dik isə bildirib ki, 2009-cü ildə Azərbaycanda departamentin ayrıca Bakı nümayəndəliyi açılacaq. Onun fikrincə, qeyri-enerji sektorunda biznes əhəmiyyətli və çeşidli imkanlar mövcuddur. P.Dik deyir ki, bu imkanlar infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı və müxtəlif xidmətlərin təsisi edilməsi ilə də ola bilər. O, ümidvardır ki, Amerika şirkətləri bu sahələrdə çalışmaq istəyəcəklər.
ABŞ Kommersiya Xidməti Amerikanın yüzdən çox şəhərinə və dünyanın 76 ölkəsinə ixrac əməliyyatlarını aparmaq üçün öz köməyini təklif edir. Bakıda yaradılacaq yeni ofis də məsləhət, sifarişlli bazar tədqiqatları, vəkillik və biznes tərəfdaşlarının axtarılması üzrə xidmətlər göstərəcək.
XS
SM
MD
LG