Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Azərbaycana xarici investisiyalar azalıb


MDB ölkələrində birbaşa xarici investisiyaların böyük hissəsi neft sektoruna yönəldilib

MDB ölkələrində birbaşa xarici investisiyaların böyük hissəsi neft sektoruna yönəldilib

Ötən il də Azərbaycana yatırılan birbaşa xarici investisiyaların əksəriyyəti neft sektorunun payına düşüb. BMT-nin Dünya İnvestisiya hesabatında belə deyilir. Sənəddə qeyd olunur ki, 2007-ci ildə Cənub-Şərqi Avropa və MDB ölkələrində birbaşa xarici investisiyaların həcmi artaraq 86 milyard dollara çatıb.

Ancaq sərmayələr əsas etibarı ilə neft sənayesinə yönəlib. Bununla belə hesabatda yazılır ki, əsas xarici investisiyalar Rusiyaya, Qazaxıstan və Ukraynaya yönəlib. Təxminən 86 milyardın 85 faizi bu 3 ölkənin payına düşür. Ənənəvi neft sektoru ilə yanaşı, Rusiyada birbaşa investisiyalar istehlak bazarına, elektrik stansiyalarına, Qazaxıstanda isə əlavə olaraq, bank sektoruna yönəldilib.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, Azərbaycana xarici sərmayədarların bəzi hallarda marağının azalması hökumətin apardığı siyasətlə əlaqədardır. Digər tərəfdən idxal-ixrac əməliyyatlarının inhisarda saxlanılması, əhalinin alıcılıq qabiliyyəti və bazar imkanları da investorları diqqətli olmağa çağırır.

İqtisadçı ekspert Sabit Bağırov isə deyir ki, Azərbaycanın qeyri-neft sektoruna sərmayələrin daha az yönəlməsinin əsasında risk amili durur.

Ekspertlər hesab edir ki, Azərbaycanda investisiya mühitini daha cəlbedici etmək üçün bir sıra tədbirlər görülməlidir. Hökumət xarici investisiyaların qorunması haqqında qanuna dəyişikliklər etməli, korrupsiya hallarını aradan qaldırmalı, hamıya eyni cür yanaşmalıdır.
Prezidentin İcra Aparatının Aqrar-siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov isə xarici sərmayədarların Azərbaycana marağının azalması iddiası ilə razılaşmır.

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar iri neft-qaz layihələrində tikinti işlərinin başa çatması ilə əlaqədar olaraq azalıb. Ekspertlər yaxın 5-6 il ərzində ölkəyə birbaşa xarici investisiyaların azalacağını gözləyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG