Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

20 mindən çox şəxs seçkiləri müşahidə etmək istəyir


Səsverməyə 10 gün qalmışa qədər bütün ölkə ərazisində müşahidə aparmaq üçün MSK-da qeydiyyata düşmək mümkündür

Səsverməyə 10 gün qalmışa qədər bütün ölkə ərazisində müşahidə aparmaq üçün MSK-da qeydiyyata düşmək mümkündür

Prezident seçkilərini izləmək üçün hələlik iki siyasi partiya MSK-da qeydiyyatdan keçib. Bunlar Yeni Azərbaycan və Demokratik Azərbaycan Dünyası partiyalarıdır.
Bunu MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O, bildirib ki, indiyəcən 20 mindən çox şəxs seçkiləri müşahidə etmək üçün dairə seçki komissiyalarına müraciət edib. Azər Sarıyev deyir ki, müşahidəçilərin əksəriyyəti müstəqil şəxslərdir:

«Ümumilikdə dairə seçki komissiyalarına həm partiyaya üzv olan, həm də öz təşəbbüsü ilə müşahidə etmək istəyənlərin sayı 20 mindən çoxdur. MSK-da isə 700-ə yaxın müşahidəçi qeydə alınıb. Səsverməyə 10 gün qalmışa qədər bütün ölkə ərazisində müşahidə aparmaq üçün MSK-da qeydiyyata düşmək mümkündür. Səsvermə gününə 5 gün qalmışa qədər isə dairənin hüdudlarında müşahidə aparmaq üçün dairə seçki komissiyasına müraciət etmək olar».

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezidentlik uğrunda 7 nəfər mübarizə aparır.
XS
SM
MD
LG