Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Paytaxtda nəqliyyat böhranı


«Sahibkarlar, mikroavtobus sürücüləri və nəqliyyat müfəttişləri arasında ciddi qarşıdurma yaranıb»

«Sahibkarlar, mikroavtobus sürücüləri və nəqliyyat müfəttişləri arasında ciddi qarşıdurma yaranıb»

Sentyabrın 24-dən başlayaraq bütün gün ərzində Nəqliyyat Nazirliyinin müfəttişləri paytaxtda kiçik tutumlu avtobusları saxlayaraq, onları cərimə meydançalarına aparırlar. Bu da sərnişinlərin yolda qalması, avtobusların yubanmasına gətirib çıxarıb. Nəticədə sərnişinlər Bakının demək olar ki, bütün mərkəzi küçələrində piyada, ya da taksi ilə hərəkət etməli olurlar. Nəqliyyat sistemində yaranmış böhran qəzetlərin diqqət mərkəzindədir.

«Bizim Yol» yazır: «Sahibkarlar, mikroavtobus sürücüləri və nəqliyyat müfəttişləri arasında ciddi qarşıdurma yaranıb. Bu qarşıdurma heç şübhəsiz ki, yolun ortasında zor gücünə düşürülən sərnişinlərdən də vaz keçmir. Ancaq görünən o idi ki, nəqliyyat naziri Ziya Məmmədovun göstərişi hər bir vətəndaşın etirazından üstündür və ona görə də heç kimə məhəl qoyulmur».
Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov bildirib ki, marşrut sahibləri dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də orta və iri tutumlu avtobuslara keçmirlər. Bu isə şəhərin mərkəzində hərəkətin sıxlığının artmasına səbəb olur.

«Azadlıq» qəzeti «İctimai nəqliyyatda dərəbəyilik» başlıqlı məqalədə yazır: «Mikroavtobuslar camaatın kisəsindən getdi «Seçkiləri qara gəlsin, özlərinə gün ağlamağı düşünürlər, qara camaatı fikirləşənmi var» - bunu «Semaşko xəstəxanası» dayanacağında bizi «248» nömrəli marşrutdan düşürərkən əlində ağır yük olan qadın dedi».

Qəzetin müxbiri şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən marşrutlarda olub. Oxşar böhranlı vəziyyət «88», «246» və başqalarında da müşahidə edilib.

«Sosial yardım verilərkən vətəndaşların gəlirləri süni şəkildə şişirdilir» -, iqtisadçı ekspert Vüqar Bayramov «Üç nöqtə»yə müsahibəsində belə deyib. Ekspert hesab edir ki, Azərbaycanda bundan sonra ünvanlı sosial yardım verilərkən yeni mexanizmlərin işlənilməsinə ehtiyac var.

Dövlət qəzetləri isə Bakıda işə başlayan Dünya gənclərinin IV məşğulluq sammitinə diqqət ayırıblar. «Azərbaycan» yazır:
«Yüzdən çox ölkədən 600 nümayəndənin, o cümlədən bir çox ölkənin müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, diplomatların, özəl sektorun, QHT-lərin təmsilçilərinin iştirak etdikləri Bakı sammitindən məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılmasına nail olmaqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG