Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:54

A.Səmədbəyli: «Ölkədə meyxana yarışı seçkidən daha çox hiss olunur»


A.Səmədbəyli: «Seçkidə iştirak edəcək qüvvələr öz mövqeyini cəmiyyətə çatdırdığı kimi, iştirak etməmək qərarını verənlərin də sözü var»
A.Səmədbəyli: «Seçkidə iştirak edəcək qüvvələr öz mövqeyini cəmiyyətə çatdırdığı kimi, iştirak etməmək qərarını verənlərin də sözü var»
Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəyli «Yeni Müsavat»a müsahibəsində belə deyib.
«Beş təşkilat öz mövqeyini ortaya qoyaraq seçkilərin nəticələrini tanımayacağını bəribaşdan bəyan edib. Seçkidə iştirak edəcək qüvvələr öz mövqeyini cəmiyyətə çatdırdığı kimi, iştirak etməmək qərarını verənlərin də cəmiyyətə sözü var. İctimai rəyə təsir imkanı olan və ölkədə aparıcı siyasi qüvvələrin həm televiziya vasitəsilə, həm də kütləvi aksiyalar keçirməklə öz sözünü çatdıra bilər. Bu təşkilatlara öz mövqelərini izah etmək imkanı verilməlidir. Ancaq ölkə konstitusiyası və qanunlar indiyədək məmurlar tərəfindən pozulmaqda davam edir».

A.Səmədbəyli daha sonra bildirib: «Sistem, ölkədəki durum dəyişməyəcəksə, demokratik mühit bərqərar olmayacaq, qanunlar işləməyəcək. Ölkədə korrupsiya və rüşvət baş alıb gedəcəksə, yeni məmur da gəlib həmin sistem içində eyni işlərlə məşğul olacaqsa, kadr dəyişikliyini gözləməyimizin nə mənası var?».

«AXCP iki-üç ildən bir təmizlənir»- partiya sədrinin müavini Həsən Kərimov «Ekspress»ə müsahibə verib.
«Bu seçkidə prezidentliyə namizədliyini vermiş yeddi nəfərdən beşi faktiki olaraq Xalq Cəbhəsinin üzvü olub. Müxtəlif dövrlərdə təşkilatdan ya uzaqlaşıblar, ya da uzaqlaşdırılıblar. Buna görə də, indi baş verənlər cəmiyyətdə maraqlı hadisə kimi qarşılansa da, açığı biz bunları adi olay olaraq qəbul edirik».

H.Kərimov daha sonra deyib: «Əksər cəbhəçilər inanırlar ki, biz müəyyən çətinliklərlə üzləşsək də, prinsipial xətt davam etdirilməlidir. Ona görə də, bir neçə nəfərin partiyanı tərk etməsi üzündən hər hansı bədbinliyin və ya ruh düşkünlüyünün yaşanmasından söhbət gedə bilməz. İlk növbədə ona görə ki, biz haqlı olduğumuza inanırıq və bu yolu şüurlu şəkildə seçmişik».

«Əqidəmi dəyişməmişəm»-, «Bizim Yol»a müsahibəsində sabiq AXCP-çi Qulamhüseyn Əlibəyli belə deyib.

«Sağ mərkəzçilik ideologiyası nə deməkdir» sualına onun cavabı belə olub: «İlk növbədə orta təbəqənin maraqlarını müdafiə edən, bir qədər mühafizəkar xarakter daşıyan, mülkiyyət toxunulmazlığını təmin edən və ultra liberalizmi qəbul etməyən cərəyan kimi başa düşmək olar».

Gəncə şəhərinin 2502 yaşı tamam olur. «Azərbaycan» qəzeti yazır: «El arasında belə bir deyim yaranıb: Bakı Azərbaycanın paytaxtıdırsa, Gəncə Azərbaycanın ruhunun mərkəzidir. Məhz elə bu milli soy-kökümüzə məhəbbətin, sədaqətin rəmzi kimi neçə illərdir şəhər gününün qeyd edilməsi ənənəsi yaranıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG