Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:56

MSK «Ümid» Partiyasına xəbərdarlıq etdi


Mərkəzi Seçki Komissiyası (MSK) hakim Yeni Azərbaycan Partiyasının (YAP) «Ümid» Partiyasına qarşı şikayətini təmin edib. YAP bildirirdi ki, «Ümid» Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə təbliğat-təşviqat kampaniyasına vaxtından əvvəl başlayıb. İ.Ağazadə bu ittihamla razılaşmasa da, MSK onun qanunu pozduğunu təsdiqləyib. Komissiya «Ümid» Partiyası nümayəndələrinə xəbərdarlıq edib.
İqbal Ağazadə də YAP-dan şikayət etmişdi. Ağazadə iddia edirdi ki, YAP-ın sentyabrın 17-də keçirilən təbliğat tədbirində dövlət adamları da iştirak edib ki, bu da yolverilməzdir. MSK isə bildirib ki, hər bir vətəndaş kimi dövlət adamları da belə tədbirlərdə iştirak edə bilərlər və bu iddia əsassızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG