Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

Azərbaycan uşaq ölümünə görə keçmiş SSRİ-də birincidir


BMT-nin uşaq fondu - UNİSEF-in yeni hesabatında belə deyilir

BMT-nin uşaq fondu - UNİSEF-in yeni hesabatında belə deyilir

Azərbaycan ölən uşaqların sayına görə, keçmiş SSRİ ölkələri arasında birincidir. BMT-nin uşaq fondu - UNİSEF-in yeni hesabatında belə deyilir.
Hesabatda bildirilir ki, Azərbaycanda hər min uşaqdan 88-i 5 yaşına çatmamış ölür. İkinci yerdə Tacikistan gəlir, bu ölkədə hər min uşaqdan 68-i ölür. Siyahıda daha sonra Türkmənistan, Özbəkistan, Qırğızıstan və Gürcüstan gəlir.
Uşaq ölümü ən az olan ölkələr İsveç, Sinqapur, San Marino, Lixtenşteyn, İslandiya və Andorradır. Bu ölkələrdə hər min uşaqdan 3-ü ölür.
Bu sahədə dünyada vəziyyətin ən pis olduğu ölkələr isə Leon-Syer, Anqola, Əfqanıstan, Nigeriya və Liberiyadır. Bu ölkələrdə hər min uşaqdan 230-u, 270-i ölür.
UNİSEF bildirir ki, ümumilikdə hər yerdə uşaq ölümü halları azalıb. Avropada 90-cı illərlə müqayisədə ölən uşaqların sayı iki dəfə azdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG