Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

Oteldəki partlayışda səfir də həlak olub


«Marriott» oteli partlayşdan sonra

«Marriott» oteli partlayşdan sonra

Pakistan prezidenti Asif Əli Zərdari ölkədə terrora son qoyulacağını vəd edib.
Sentyabrın 20-də ölkə paytaxtı İslamabadda əsasən xaricilərin qaldığı «Marriott» otelinin partladılması nəticəsində azı 60 adam ölüb, 200 nəfərsə yaralanıb.

Ölənlərin arasında Cexiyanın səfiri İvor Zdarek də var.

Danimarka səfirliyi isə əməkdaşlarından birinin yaralandığını, bir diplomatlarının da itkin düşdüyünü bildirib.

Hadisə yerində xilasetmə işləri davam edir.

Rəsmilər ölü sayının artacağını istisna etmirlər.
Birləşmiş Ştatlar, Böyük Britaniya və BMT bu terror aktını kəskin pisləyiblər.
Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Lakin ABŞ-ın kəşfiyyat rəsmiləri hesab edirlər ki, partlayış «əl-Qaida»nın işidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG