Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27

«ABŞ-Rusiya münasibətləri Minsk Qrupunun formatına təsir etməyəcək»


Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov

ABŞ və Rusiya arasında münasibətlərin korlanması ATƏT-in Minsk Qrupunun formatına təsir etməyəcək. Burada təmsil olunan həmsədrlər təkcə ölkələrinin yox, bütövlükdə Minsk Qrupunun mövqeyini nümayiş etdirir.

Bunu jurnalistlərə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib.

«ATƏT-in Minsk Qrupu hansısa prinsiplər, yaxud hansısa ölkənin diplomatının bəyanatları üzərində formalaşmır. Bu, ATƏT-in qrupudur», - deyə V. İstratov bildirib. / ANS Press /

Amerikalı həmsədr Metyu Brayza Bakıda olarkən deyib ki, Minsk Qrupunun fəaliyyəti Rusiyanın Gürcüstandan qoşunlarını çıxarmasından asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG