Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

Rusiyada skinhedlərin hücumlarının sayı azalıb


2008-ci ildə Rusiyada milli zəmində hücumların sayı azalıb.

Bu barədə «Interfax» agentliyinə «Sova» analitik mərkəzinin əməkdaşı Qalina Kojevnikova məlumat verib.

Moskvada skinhedlərin hücumlarının sayı ötən illə müqayisədə təxminən iki dəfə azalıb. Sankt-Peterburqda vəziyyət dəyişməyib.

Q. Kojevnikova deyib ki, yanvar ayından bəri Rusiyada skinhedlər 71 adam öldürüb, 250-dən çoxunu yaralayıblar.

2008-ci ildə Rusiyada daha çox özbəklər, qırğızlar, taciklər və azərbaycanlılara hücum olub.
XS
SM
MD
LG