Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:31

Bernar Fasye Metyu Brayza ilə razı deyil


Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye, 20 sentyabr 2008

Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye, 20 sentyabr 2008

«Minsk Qrupu təkcə ABŞ demək deyil. Bu qrupa 10-dan çox ölkə daxildir. Əlbəttə, Rusiya ilə bağlı müəyyən çətinliklər var. Lakin bu, heç də o demək deyil ki, Minsk Qrupu fəaliyyətini davam etdirməyəcək».

Bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

B. Fasye ilin sonunadək (15 oktyabr seçkilərindən sonra) Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəklərinə ümid etdiyini bildirib. Bu vaxtadək vasitəçilər Madrid təklifləri üzərində işi davam etdirmək niyyətindədirlər. Bu təkliflərə əlavələr və ya düzəlişlər edilə də bilər. Amma B. Fasye bu barədə detallı məlumat verməyib. Yalnız onu deyib ki, Madrid təklifləri 1975-ci il Helsinki Yekun Aktının üç prinsipinə söykənir:

«Bunlar güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququdur. Ümumilikdə isə «Madrid sənədi» 14 komponentdən ibarətdir».

B. Fasyenin fikrincə, Gürcüstan hadisələrindən sonra Qafqazda vəziyyət «xeyli dəyişib» və bu da Qarabağ münaqişəsinin həlli üçün «əlverişli şərait» yaradır.

Amerikalı həmsədr Metyu Brayza Gürcüstanda baş verənlərdən sonra Minsk Qrupunun öz fəaliyyətini əvvəlki qaydada davam etdirə bilməyəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG