Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:47

«Hakimiyyət dini sahəni nəzarətdə saxlayır»


«Bəzi qeyri-ənənəvi cərəyanların daşıyıcıları hökumət strukturlarının münasibətindən narazıdırlar»
«Bəzi qeyri-ənənəvi cərəyanların daşıyıcıları hökumət strukturlarının münasibətindən narazıdırlar»
«Azərbaycanda dini azadlıqlar pozulur».

ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqqında illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir.

Hesabatda qeyd olunur ki, hakimiyyət dini sahəni nəzarətdə saxlayır, bir sıra dini qruplar qeydiyyata düşə bilmir, islamçı və qeyri-ənənəvi qrupların üzvləri həbs və təqib olunur, dini zəmində ayrı-seçkiliyə məruz qalırlar.

Yerlərdə qeyri-ənənəvi İslam qruplarının fəaliyyətinin araşdırılması faktları müşahidə olunub. Məsələn, Neftçala və Əliabadda baptistlərin ibadət etmələrinə müəyyən məhdudiyyətlərin qoyulması qeydə alınıb. Bəzi qeyri-ənənəvi cərəyanların daşıyıcıları hökumət strukturlarının münasibətindən narazıdırlar.

Ölkəyə dini ədəbiyyat gətirilməsi ilə bağlı da məhdudiyyətlər var.

Hesabatda deyilir ki, ölkədə pasport üçün baş örtüyündə şəkil çəkdirməyə icazə verilməsə də, insanların hicabda gəzməsinə heç bir qadağa yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) isə Azərbaycanda dini icmaların qeydiyyatı ilə bağlı hesabatda deyilən fikirlərlə razılaşmır.

«Trend News» agentliyinə müsahibəsində DQİDK-nın şöbə müdiri Gündüz İsmayılov bildirib ki, dini icmaların fəaliyyəti qanunvericiliyə zidd deyilsə, Azərbaycanda onların qeydiyyatı ilə bağlı problem yoxdur:

«Azərbaycan qanunvericiliyinə əsasən, dini icmanın qeydiyyatı üçün onun sıralarında 10 nəfər insanın olması kifayətdir. Azərbaycanda 510-dan artıq dini qurum dövlət qeydiyyatından keçib».

G. İsmayılovun fikrincə, bütün MDB ölkələri arasında dini icmaların qeydiyyatına dair ən loyal sistem Azərbaycandadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG