Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:54

Bakıda İranın dini dükanını bağladılar


Müxtəlif vaxtlarda mağaza siyasiləşmiş şiə ideologiyasını yaymaqda ittiham edilib
Müxtəlif vaxtlarda mağaza siyasiləşmiş şiə ideologiyasını yaymaqda ittiham edilib
«Bizim yol» qəzeti:

15 ildən artıq Səbail rayonu, İstiqlaliyyət küçəsində fəaliyyət göstərən məşhur «Əl Huda» kitab mağazası bağlanıb.

«Əl Huda» İran İslam Respublikasına aid idi. Burda bir qayda olaraq dini ədəbiyyat və dindarlar üçün aksessuarlar satılırdı. Müxtəlif vaxtlarda mağaza siyasiləşmiş şiə ideologiyasını yaymaqda ittiham edilib. Təxminən bir ay idi ki, mağaza bağlanmışdı. O zaman bunu təmir işləri ilə əlaqələndirirdilər. Lakin artıq bir neçə gündür mağazanın yerində məşhur bir firma geyim əşyalarının satışına başlayıb. Güman edilir ki, obyektin bağlanması dövlət səviyyəsində verilmiş qərarın nəticəsidir.


«Azadlıq» qəzeti:

AXCP Ali Məclisinin üzvü Məzahir Qayıbov partiyadan təzyiq nəticəsində istefa verib. Bir müddət əvvəl M. Qayıbova məxsus obyekti sökmək istəyirdilər.

Bu barədə «Azadlıq» qəzeti 23 may və 17 iyun saylarında məlumat vermişdi. O zaman M. Qayıbov özü qəzetə müraciət edərək bildirmişdi ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamları onun obyektini sökmək istəyirlər. Nəhayət, iş o yerə çatıb ki, M. Qayıbov AXCP sıralarını tərk etməsi barədə bəyanat verməyə məcbur olub. Bununla da K. Heydərovun adamları ondan əl çəkiblər və obyektinə dəyməyiblər.

Görünür, bu da təzyiqin yeni formasıdır. Özü də bundan təkcə müxalifətçilərə qarşı deyil, hüquq müdafiəçilərinə qarşı da istifadə olunur. Məsələn, «GEN» MMC-nin qurbanlarının hüquqlarını müdafiə edən Vidadi İsgəndərovun da evi uçurulub.

«Mənə təzyiq edirdilər ki, mövqeyimdən geri çəkilim. Amma hər bir halda hüquqları pozulmuş insanları müdafiə edəcəyimi bildirmişdim. Gördülər ki, geri çəkilmirəm, evimi uçurdular», - deyə V. İsgəndərov vurğulayıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da «Azadlıq» qəzeti ilə söhbətində bildirib ki, bu, təzyiqin yeni formasıdır və çox böyük ehtimalla davamlı olacaq:

«Hesab edirəm ki, bu formadan istifadə halları daha da artacaq. Artıq bütün üsullar sınaqdan çıxarılıb. İndi də müxalif fikirli insanları bu cür susdurmaq istəyirlər».


«Azərbaycan» qəzeti:

Sentyabrın 19-da Zaqatala şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli dördmərtəbəli yaşayış binası istifadəyə verilib.

Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Mənzillərin hamısı ikiotaqlıdır. Dövlət başçısının adından bütün mənzillərə qonaq və yataq otaqları, habelə mətbəx üçün mebel dəstləri, soyuducu, televizor hədiyyə olunub. Birinci mərtəbədəki mənzillər əlillərin rahatlığı üçün xüsusi avadanlıqlarla, qurğularla təchiz edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG