Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:27

«12 min hektara yaxın çirklənmiş torpaq var»


Bakı ətrafında neft gölməçəsi, avqust 2007
Bakı ətrafında neft gölməçəsi, avqust 2007
«İllərlə neftin istehsalı artdıqca, tullantıların idarə olunmasına fikir verilməmişdi. «Azneftyağ» İstehsalat Birliyinin nəzdində olan Neft-Qaz Çıxarma İdarələrinin (NQÇİ) ərazisində 12 min hektara yaxın çirklənmiş torpaq var».

Bunu «Can Bakı»nın qonağı olan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin ekoloji monitorinq departamentinin rəisi Məmməd Nəsibov deyir. Onun sözlərinə görə, Abşeron torpaqlarında tək neftin yox, digər idarə və müəssisələrin də tullantıları var:

«Hazırda departamentimiz tərəfindən çirklənmiş ərazilərin miqyası tam dəqiqləşdirilir. İşçilərimiz lay sular altındakı 90-dan çox göldə onların sahəsi, dərinliyi və çirklənmə dərəcəsini müəyyənləşdiriblər».

M.Nəsibov deyir ki, Bibiheybətdə Dövlət Neft Şirkətinə məxsus 13 ha ərazidə insanların buruqlar arasında ev tikib yaşaması qanunsuzdur.

Departament rəisi bildirir ki, 2006-cı ildə Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə 4 illik Dövlət Proqramı qəbul edilib. Həmin proqramda Abşeronun 3500 ha ərazisində rekultivasiya işləri nəzərə tutulub:

«Artıq bu işlərə başlanılıb. İndi əsas işimiz Bibiheybət zonasındadır».

Məmməd Nəsibov deyir ki, NQÇİ-lərin ərazisindəki lokal yerlər nəzərə alınmasa, ümumilikdə Bakıda radiasiya fonu norma daxilindədir:

«Elə lokal yerlər var ki, məsələn, Suraxanıda texnologiyalara düzgün riayət olumadığına görə, radiasiya fonu normadan bir qədər artıqdır. Ancaq ümumilikdə təşvişə ehtiyac yoxdur».
XS
SM
MD
LG