Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Elmar Məmmədyarov britaniyalı həmkarı ilə görüşüb


Xarici İşlər naziri Nazir Elmar Məmmədyarov britaniyalı həmkarı Deyvid Milibendlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilib. Məmmədyarov Türkiyənin təklif etdiyi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasının əhəmiyyət olduğunu vurğulayıb.

Cənab Milibend enerji məsələləri, Avropa Birliyinin bu sahədə fəaliyyətindən danışıb.

Sentyabrın 18-də nazir Məmmədyarov Böyük Britaniyanın aparıcı tədqiqat mərkəzlərindən sayılan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda «Azərbaycanın xarici siyasət perspektivləri» mövzusunda çıxış edib. Nazir çıxışında Azərbaycanın xarici siyasətini ümumi istiqamətlərindən, Dağlıq Qarabağ münaqişəsindən danışıb.
XS
SM
MD
LG