Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Seçkinin işıqlandırılmasında müxtəliflik azdır


Monitorinq müddətində siyasi müxtəliflik daha çox ANS və İTV-də, qəzetlərdən isə «Zerkalo» və «Yeni Müsavat»da müşahidə edilib
Monitorinq müddətində siyasi müxtəliflik daha çox ANS və İTV-də, qəzetlərdən isə «Zerkalo» və «Yeni Müsavat»da müşahidə edilib
Prezident seçkisi ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında müxtəliflik azdır. «Yeni Nəsil» Jurnalistlər Birliyi Avropa Şurası və Avropa Komissiyasının «Azad və ədalətli seçkilər» birgə proqramı çərçivəsində keçirdiyi monitoriqdə bu nəticəyə gəlib. Monitorinq müddətində siyasi müxtəliflik daha çox ANS və İTV-də, qəzetlərdən isə «Zerkalo» və «Yeni Müsavat»da müşahidə edilib.

Monitorinqin birinci mərhələsi iyulun 6-dan sentyabrın 17-dək olan dövrü əhatə edib. Monitorinq 7 telekanalda və 6 qəzetdə aparılıb. Rəsmi nəşrlərdən «Azərbaycan» və «Xalq qəzeti», müstəqillərdən «Zerkalo» və «525-ci qəzet», müxalifyönlülərdən isə «Azadlıq» və «Yeni Müsavat» qəzetləri seçilib.
Monitorinq zamanı seçilən KİV-lərdə siyasi təşkilatların, iqtidar və müxalifət partiyalarının namizədlərinin informasiya kanallarına çıxış imkanları, medianın onlara münasibətdə qərəzsizliyi, obyektivliyi və balanslılıq kimi göstəricilər nəzərə alınıb.

Monitonqin aparılmasında iştirak edən BMT və Avropa Şurasının eksperti Devid Vart:
«Neytral ton televiziya kanallarında üstünlük təşkil edir. Qəzetlərdə isə 3 kateqoriya aydın görünür. Əsasən hakimiyyətdən olanların fəaliyyətini işıqlandıran dövlət qəzetləri, hakimiyyətin tənqidinə üstünlük verən müxalifət qəzetləri və kifayət qədər obyektiv olan müstəqil qəzetlər. Amma bir şeyi də demək lazımdır ki, müxalifət qəzetləri tənqidi olsa belə, daha geniş dairəni işıqlandırırlar».

Hesabatın ikinci hissəsi isə seçkiqabağı təbliğat dövrünü əhatə edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG