Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:15

«Prezidentlərin moderatora ehtiyacı yoxdur»


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza
«Rusiya Gürcüstanda atəşkəslə bağlı öhdəliklərini yerinə yetirərkən Minsk Qrupu çərçivəsində əməkdaşlıq tam bərpa ediləcək».

Bunu ATƏT-in Minsk Qrupunun həmsədri Bakıda olarkən deyib. O bildirib ki, Gürcüstanda baş verən son hadisələr Dağlıq Qarabağ münaqişəsinin vaxtında həllinin vacibliyini xüsusilə ortaya qoyur. Və Vaşinqton öz fəaliyyətini daha da fəallaşdırmaq niyyətindədir:

«Bu yaxınlarda ABŞ-ın vitse-prezidenti Bakıya gəlmişdi. Ümidvarıq ki, daha fəal fəaliyyətləri gələn həftə Nyu-Yorkda BMT-nin Təhlükəsizlik Şurasının yığıncağında müşahidə edəcəyik. Öz adımdan demək istərdim ki, məhz Birləşmiş Ştatların Dövlət katibi xanım Rays məndən bu bölgəyə səfər edib, bilavasitə Dağlıq Qarabağ probleminin həlli yolunun tapılması prosesini tezləşdirməyi xahiş edib».

Metyu Brayza qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, son 17 ildə Birləşmiş Ştatlar daima Azərbaycanın yanında olub. O bildirib ki, Azərbaycan həm dinc, həm də çətin anlarında Amerikaya bel bağlaya bilər və iki ölkə hələ qarşıdan gələn çox illər ərzində tərəfdaş olaraq qalacağıq.

O, Azərbaycanın münaqişənin nizamlanması üzrə danışıqlarda etibarlı tərəfdaş olduğunu vurğulayıb və Rusiyanın da Azərbaycandan ibrət götürərək, öz öhdəliklərini yerinə yetirəcəyinə ümid etdiyini bildirib:

«Rusiya prezidentlər Sarkozi və Saakaşvili qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Minsk Qrupu daha sıx, daha fəal fəaliyyətini davam etdirəcək».

Minsk Qrupunun fəaliyyətinin nəzərə çarpmadığı və həmsədrlər arasında gərginlik olduğu bir dövrdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün necə əlaqələndiriləcəyinə gəlincə, Metyu Brayzanın fikrincə, prezidentlər müstəqil ölkələri təmsil edir və onların görüşmək üçün moderatora ehtiyacı yoxdur.

Bu həftənin əvvəlində Moskvaya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Qarabağ münaqişəsinin həllində fəal roluna ümid etdiyini bildirmişdi.

Metyu Brayza Azərbaycana Yerevan, Xankəndi, Ankara və Tbilisini ziyarət etdikdən sonra gəlib. Azərbaycanda prezident İlham Əliyev, Xarici İşlər və Müdafiə nazirləri, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, eləcə də Yanacaq və Energetika naziri Natiq Əliyevlə görüşüb. Qeyri-adi marşrutu və Gürcüstan hadisələrindən sonra enerji təhlükəsizliyi məsələləri ilə bağlı Bakı, Ankara və Yerevanda müzakirə olunan məsələlər barədə suallara cavab verərkən cənab Brayza deyib:

«Marşrutda hər hansı qəribəlik görmürəm. Yerevanda enerji məsələləri ilə bağlı təfərrüatı ilə müzakirələr aparmamışam, çox cüzi şəkildə elektrik enerjisi təchizatı barədə məsələlərə toxunulub».

Türkiyənin stabillik paktı barədə fikrini bildirən Metyu Brayza deyib ki, nəyə əsaslanmasından asılı olmayaraq, Birləşmiş Ştatlar stabillik və sülh təşəbbüslərinin tərəfdarıdır. O ki qaldı Türkiyənin Rusiyanı Minsk Qrupunda əvəz edəcəyi barədə suallara, Metyu Brayzanın fikrincə, Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG