Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:14

A.Herkel: «Boykot müsbət hal deyil»


AŞ PA-nın seçkiqabağı vəziyyəti qiymətləndirən nümayəndə heyətinin rəhbəri Andres Herkel
AŞ PA-nın seçkiqabağı vəziyyəti qiymətləndirən nümayəndə heyətinin rəhbəri Andres Herkel
«Azərbaycanda qanunvericilik baxımından atılmış addımlar onu deməyə əsas verir ki, ölkədə sərbəst, ədalətli və demokratik seçkilər keçirmək mümkündür. Lazımi texniki düzəlişlər həyata keçirilib».
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı vəziyyəti qiymətləndirən nümayəndə heyətinin rəhbəri Andres Herkel bu fikirdədir. Nümayəndə heyətinin yaydığı bəyanatda da deyilir ki, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün irəliləyişlər qeydə alınıb. Amma verilən tövsiyələrin heç də hər birinin tam şəkildə həyata keçirilmədiyi də göstərilir.
Buna baxmayaraq Andres Herkel deyir ki, pozitiv iradə olarsa, demokratik seçki keçirilə bilər. Nümayəndə heyəti beş müxalifət partiyasının seçkidə iştirak etməməsini mənfi hal kimi qiymətləndirir.
Onlar seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri məsuliyyətli davranmağa və öz aralarında dialoqa çağırır.
Andres Herkel: «Boykot nə həmin liderlərin özü, nə də ölkədə demokratiyanın inkişafı üçün müsbət hal deyil. Biz bunu onlarla görüşdə də demişik. Biz seçkidə iştirak etməyən siyasi partiyalara mesajımızı çatdırırıq ki, onların demokratik hüquqlarını yalnız o zaman müdafiə edə bilərik ki, siyasi marafonda iştirak etmiş olsunlar».
Cəmiyyətdə seçkiyə marağın olmaması fikrinə gəlincə, A.Herkel deyir ki, təşviqat dövründə seçkiyə marağın artacağına ümid edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG