Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:38

İqbal Ağazadə ilə bağlı şikayətə baxılıb


Sentyabrın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Qrupunda prezidentliyə namizəd İqbal Ağazadə haqqında şikayətə baxılıb. Ancaq məsələ ilə bağlı yekun qərar qəbul etmək mümkün olmayıb.
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev «Azadlıq» radiosuna deyib ki, «Ümid» Partiyasının namizədilə bağlı şikayətə qrupun növbəti toplantısında baxmaq qərara alınıb.
Yeni Azərbaycan Partiyası İqbal Ağazadəni təbliğat kampaniyasını pozmaqda ittiham edərək MSK-ya müraciət edib.
Prezidentliyə namizəd İqbal Ağazadə isə ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG