Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

«Tələbələrin seçki hazırlığı…»


Tələbələri toplayan rektorlar və dekanlar onlara «kimə səs verəcəyinizi bilirsiniz» deyiblər

Tələbələri toplayan rektorlar və dekanlar onlara «kimə səs verəcəyinizi bilirsiniz» deyiblər

«Azadlıq» qəzeti yazır ki, «tələbələr «qeydiyyatdan çıxma» vərəqəsi almağa məcbur edilir». «Artıq tələbələr arasında «seçkiyə hazırlıq» işləri aparılır. Tələbələrin dediyinə görə, dərs ilinin başlandığı ilk günlər fakültə dekanları toplantı keçirərək onlara tapşırıqlar verib. Hər bir tələbəyə qeydiyyatda olduğu ərazidən «qeydiyyatdan çıxma» vəsiqəsi almaq tapşırılıb».
Qəzet yazır ki, tələbələrin «qeydiyyatdan çıxma» vəsiqəsi almaq rektorlar tərəfindən asanlaşdırılıb. Belə ki, bunun üçün tələbənin valideyninin heç bir sənəd təqdim etmədən məntəqə seçki komissiyasına müraciət etməsi kifayətdir. «Tələbələrə göstərilən bu «qayğı»nın arxasında hansı məqsədlərin dayandığı da məlumdur. Dərs ilinin elə birinci həftəsində tələbələri toplayan rektorlar və dekanlar onlara «kimə səs verəcəyinizi bilirsiniz» deyiblər. Bu «kim» isə təbii ki, onların vəkili olduğu namizəddir…»

«Hakimiyyət bilir ki, biz bilirik ki, hakimiyyət yalançıdır. Biz çoxdandır yalanın simbiozunda bir orqanizm kimi yaşayırıq - xalq və hakimiyyət»-, «Bizim Yol»un köşə yazarı Məmməd Süleymanov «Azəri yalan» məqaləsində belə bildirir. Müəllif daha sonra yazır «burada yalana görə heç kim özünü təhqir olunmuş saymır…»

İqtisadçı ekspert Sabit Bağırov deyir ki, «Neft Fondunun vəsaitləri etibarlı banklara yerləşdirilib». O, bunu «Üç nöqtə»yə müsahibəsində bildirib. «Dövlət Neft Fondunun və Milli Bankın ehtiyat fondunun pullarının müəyyən hissəsi beynəlxalq maliyyə bazarlarında işləyən qurumlara idarəetməyə verilib. Əgər bazarda böhran varsa, hər iki dövlət qurumu üçün də risklər yaranıb. Amma bütün bunlar ciddi narahatçılığa əsas vermir».

18 sentyabr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ad günü Milli musiqi günü kimi qeyd olunur. Dövlət qəzetləri bununla bağlı bir sıra məqalələr dərc ediblər. «Azərbaycan» qəzeti yazır: «Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi məşhurdur». Məqalə «Millətin övladı olmaq şərafəti» adlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG